Xəbərlər

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib

23 İyul 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə müntəzəm reydlər keçirilir.
22 iyul 2014-cü il tarixində daxil olmuş operativ məlumat əsasında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində operativ reyd keçirib.
Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib. Eyni zamanda sözügedən ərazidə Nazirliyin əməkdaşıarı tərəfindən 1 ədəd çadır aşkarlanaraq ərazini sürətlə tərk edən bir nəfərin fotoşəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılaraq götürülmüş materiallar onlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.