“Bir ağac - min nəfəs”
16 Noyabr 2022, 15:00
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və “ASAN xidmət” mərkəzlərinin birgə təşkilatçılığı ilə 17 noyabr 2022-ci il tarixində saat 11:00-da 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.
Tullantıları tinglərə dəyişin:
- plastik (minimum 10 litr həcmində);
- şüşə (minimum 5 litr həcmində);
- kağız;
- və ya işlənmiş batareya (minimum 3 ədəd) tullantılarını təhvil verərək əvəzində ting əldə edin.
Hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi