
“Bir ağac - min nəfəs”
22 Noyabr 2022, 19:30
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və Rahat marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 24 noyabr 2022-ci il tarixində saat 15:00-da Mərdəkanda tinglərin paylanılması aksiyası keçiriləcək.
Tullantıları tinglərə dəyişin:
- plastik (ümumi tutumu minimum 10 litr);
şüşə (ümumi tutumu minimum 5 litr); - kağız;
- və ya işlənmiş batareya (minimum 3 ədəd) tullantılarını təhvil verərək əvəzində ting əldə edin.
Hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Ünvan: Xəzər r., Mərdəkan qəs., S. Yesenin küç., e 76/1 - Rahat gourmetmarket