Samur-Yalama Milli Parkında müxtəlif tədbirlər keçirilib
06 Noyabr 2022, 15:00
Samur-Yalama Milli Parkının yaranması günü ilə əlaqədar bu gün milli parkda “açıq qapı” günü keçirilib, maarifləndirici və əyləncəli tədbirlər təşkil olunub.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, meşə və dəniz ekosisteminin qovuşduğu Samur-Yalama Milli Parkını ziyarət edənlər payız fəslinin yaratdığı rəngarəng təbiət mənzərələri ilə tanış olublar, quşların müşahidəsini aparıblar.
O qeyd edib ki, milli parkda ziyarətçilər üçün rəsm sərgisi, gənclər arasında səmti müəyyənetmə yarışı, milli parkın təbiətinə xas olan flora və fauna nümunələrindən ibarət fotosərgi, məktəblilərin tullantılardan hazırladığı müxtəlif əl işlərinin nümayişi həyata keçirilib.