Zəfər Günündə meşə fondu torpaqlarında 21 min ağac əkilib
08 Noyabr 2022, 21:25
8 noyabr-Zəfər Günündə respublikanın meşə fondu torpaqlarında meşəbərpa tədbirləri həyata keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, bu gün Sabirabad, Bərdə, Ağcabədi və Şəmkir rayonlarında yerli iqlim şəraitinə uyğun 21 000 ağac tingi əkilib, 100 kiloqramdan çox toxum səpilib.

"Meşəbərpa tədbirlərinin dekabr ayının sonuna kimi davam etdirilməsi planlaşdırılır".