Xəbərlər


8 noyabr - Zəfər Günü Laçında ağacəkmə aksiyası ilə qeyd olunub

08 Noyabr 2022, 17:15

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bakı Abadlıq Xidməti” MMC-nin birgə təşkilatçılığı ilə Laçında ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, 8 noyabr - Zəfər Günündə Laçında təşkil olunan ağacəkmə tədbirində yerli iqlim şəraitinə uyğun 1000 ədəd müxtəlif növ ağac tingi əkilib.