Sumqayıtda vətəndaşlara ağac tingləri paylanılıb
07 Noyabr 2022, 15:30
“Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində plastik, şüşə, kağız, işlənmiş batareyaları təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb.
Aksiya 5 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bravo marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Bravo supermarketin qarşısında keçirilib.
Aksiya zamanı ümumi tutumu 392 litr plastik, 36 ədəd işlənmiş batareya, 8 kq kağız tullantı təhvil verilib.