Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 İyul 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan MR çaylarında isə 120 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 90 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 74 m3/s və ongünlük normanın 36 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 71 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 106 m3/s təşkil edərək ongünlük normanın 95 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm azalma, Bankədə 18 sm artım qeydə alınıb, Surrada, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 290 sm (2013-cü il iyulun 14-də 326 sm), Şirvanda 127 sm (2013-cü il iyulun 14-də 175 sm), Salyanda 60 sm (2013-cü il iyulun 14-də 110 sm), Bankədə 213 sm (2013-cü il iyulun 14-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 16 sm (2013-cü il iyulun 14-də 64 sm) təşkil edir.