Xəbərlər


“Bir ağac-min nəfəs” aksiyası

03 Noyabr 2022, 15:00

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN xidmət” mərkəzlərinin birgə təşkilatçılığı ilə 4 noyabr 2022-ci il tarixində saat 13.30-da Quba “ASAN xidmət” mərkəzinin qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.

Vətəndaşları aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 1 - Quba “ASAN xidmət” mərkəzi