Xəbərlər


BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

01 Noyabr 2022, 09:05

Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi xanım Olqa Alqayerovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.

Görüş zamanı Azərbaycan və BMT-nin Avropa İqtisadi Komissiyası arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq perspektivləri sahəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.