Şirvan, Altıağac və Hirkan milli parklarında tədbir keçirilib
31 Oktyabr 2022, 16:30
Milli parklarında ekoturizm potensialının təbliği məqsədilə Şirvan, Altıağac və Hirkan milli parklarında "Təbiət gənclərin gözü ilə" adlı tədbir keçirilib.
Tədbirlərdə rayon Gənclər və İdman idarələri, Uşaq Yaradıcılıq Mərkəzlərinin əməkdaşları, həmçinin müəllim və şagirdlər iştirak edib.
İştirakçılara Azərbaycanın qorunan təbiət ərazilərinin əhəmiyyəti, milli parklardakı flora və fauna növləri haqqında məlumatlar verilib, ekoturizm marşrutları ilə gəzintilər təşkil edilib, şagirdlər üçün əyləncəli oyunlar keçirilib və veloturlar təşkil olunub.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd milli parklarda ekoturizmin inkişafına və təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, eyni zamanda milli parklara turistlərin marağını artırmaqdır.