Xəbərlər


Bu gün meşə fondu torpaqlarında 10 000 ağac əkilib

29 Oktyabr 2022, 18:00

Ölkə ərazisini əhatə edən ağacəkmə tədbirləri bu gün Tovuz, Şəmkir, Ağcabədi, Quba, Şabran rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.

Gün ərzində ümumilikdə 12 hektar ərazidə 10325 ədəd ağac tingi əkilib, 575 kiloqram toxum səpilib.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, Cəlilabad rayonunun meşə fondu ərazisində isə nazir müavini Vüqar Kərimovun iştirakı ilə 2,5 hektarda 4200 göyrüş tingi əkilib.

"Payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq, seyrək və yanğına məruz qalmış ərazilərinin 106 hektar sahəsində 66 000-dən artıq ağac tingi əkilib, 5700 kiloqramdan çox toxum səpilib."