FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutu ilə görüş olub
27 Oktyabr 2022, 09:05
Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.