Xəbərlər


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

19 Oktyabr 2022, 18:00

Yasamal rayonu, Zahid Xəlilov 38 b ünvanında  ağacların dibinə daş döşənməsi və süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ərazidəki ağacların dibi Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.