Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

07 İyul 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan MR
çaylarında isə 65 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyulun 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla ongünlük normanın 36 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 85 m3/s və ongünlük normanın 28 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 124 m3/s təşkil edərək ongünlük normanın 85 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyulun 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 2, Şirvanda 4 sm azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 294 sm (2013-cü il iyulun 07-də 377 sm), Şirvanda 133 sm (2013-cü il iyulun 07-də 237 sm), Salyanda 66 sm (2013-cü il iyulun 07-də 156 sm), Bankədə 190 sm (2013-cü il iyulun 07-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 23 sm (2013-cü il iyulun 07-də 95 sm) təşkil edir.