Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin birgə məlumatı
07 Sentyabr 2022, 09:00
Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətləri tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.