Xəbərlər


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

30 Avqust 2022, 13:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xızı rayonu Safbulaq və Siyəzən rayonu Dağ Quşçu kəndlərinin ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Hüsü Quliyev və Şabran rayon sakini Xeyrul Həmidov olduğu müəyyən edilib.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.