Xəbərlər


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

17 Avqust 2022, 15:30

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində balıq ovu edən şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakinləri Əhəd Səmədov, Elşən Binnətov və Taleh Mahmudov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.