“Yay mövsümündə meşəlik ərazilərdə yanğın təhlükəsizliyi” mövzusunda təlimlər davam edir
10 Avqust 2022, 14:55
Meşəlik ərazilərdə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasının səmərəliliyini daha da artırmaq, eləcə də qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə 9 avqust tarixində Eldar şamı Dövlət Təbiət Qoruğunda nəzəri-praktiki təlim keçirilib.
Təlimdə Eldar şamı Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Kəsəmən kənd sakinləri iştirak edib.