“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası davam edir
09 Avqust 2022, 16:20
Bütün aksiyalar boyu ən çox butulka təhvilinə görə liderliyi qoruyan Sumqayıt şəhərini 6 avqust tarixində Xətai rayonunda keçirilən aksiya zamanı Bakı şəhəri əvəzlədi. 55 nəfərin iştirak etdiyi aksiya zamanı ümumi tutumu 4210 litr olan plastik butulka təhvil alınaraq təkrar emala yönləndirilib.
Hər kəsi aksiyalarda fəal iştirak etməklə plastik tullantıların təkrar emala yönləndirilməsinə dəstək olmağa dəvət edirik.