Xəbərlər


Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

19 İyul 2022, 18:05

Azərbaycanda işgüzar səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Avropa Parlamenti arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması sahəsində fikir mübadiləsi aparılıb, Avropa İttifaqının müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.