Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 İyun 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-60, Naxçıvan MR çaylarında isə
ongünlük normanın 60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyunun 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 109 m3/s olmaqla ongünlük normanın 27 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 83 m3/s və ongünlük normanın 21 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 113 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyunun 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 6, Bankədə isə 18 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 296 sm (2013-cü il iyunun 30-da 409 sm), Şirvanda 141 sm (2013-cü il iyunun 30-da 272 sm), Salyanda 80 sm (2013-cü il iyunun 30-da 215 sm), Bankədə 231 sm (2013-cü il iyunun 30-da 227 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2013-cü il iyunun 30-da 110 sm) təşkil edir