İyunun 29-30-da ölkə ərazisində müşahidə olunan hava şəraiti
30 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında iyunun 29-da əsən güclü şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənmişdir. Küləyin maksimal sürəti 28-30 m/s-yə çatmışdır. Ayrı-ayrı
rayonlarda isə qərb küləyinin sürəti 16-28 m/s təşkil etmişdir.
Əksər bölgələrdə yağış yağmış, şimşək çaxmışdır. Düşən yağıntının miqdarı Böyük Qafqazda 9-18, bəzi ərazilərdə 26-45, Kiçik Qafqazda 3-8, Naxçıvan MR-da 1-2, Qazax-Gəncə bölgəsində və Mərkəzi Aran rayonlarında 2-6, Lənkəran-Astara zonasında 1-3 mm təşkil etmişdir.