Xəbərlər


“Paris Sazişinin şəffaflıq mexanizminin tələblərinə cavab verə bilmək üçün Azərbaycanda potensialın artırılması” texniki yardım layihəsi çərçivəsində ilkin Seminar keçirilib

08 İyul 2022, 16:15

08 iyul 2022-ci il tarixində “Paris Sazişinin şəffaflıq mexanizminin tələblərinə cavab verə bilmək üçün Azərbaycanda potensialın artırılması” texniki yardım layihəsi çərçivəsində ilkin Seminar keçirilib.

Tədbirdə dövlət qurumları, beynəlxalq təşkilatlar, akademiya və təhsil müəssisələrinin nümayəndələri, özəl sektor, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və iqlim dəyişmələri sahəsi üzrə ekspertlər iştirak edib.

Görüş zamanı layihənin strukturu, komponentləri, gözlənilən nəticələr ilə bağlı məlumat verilərək fəaliyyətlərin uğurlu icrası üçün növbəti addımlar müzakirə edilib.

Qeyd edək ki, Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialı tərəfindən həyata keçirilən layihənin əsas məqsədi Paris Sazişinin şəffaflıq mexanizmi üzrə hesabatlılıq tələblərinə cavab vermək üçün etibarlı monitorinq, hesabatlılıq və yoxlama (MRV) sistemlərini Azərbaycanda tətbiq etmək, həmçinin institusional və kadr potensialını yaxşılaşdırmaqdır.