Xəbərlər


Havada toz dumanı müşahidə olunur

28 İyun 2022, 17:55

28 iyun 2022 -ci il tarixində Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən dispers toz hissəcikləri Xətai rayonunda 3,1dəfə, Nizami rayonunda isə 2,4 dəfə normadan yüksək müəyyən edilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, müşahidə olunan tozlu hava lokal xarakterlidir. Buna səbəb şimal-qərb küləklərinin güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılmasıdır.

Tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək.