Bravo superstorda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib
25 İyun 2022, 17:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilmiş “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası bu gün “Bravo” marketlər şəbəkəsi ilə birgə Sumqayıt Bravo superstorda keçirilib. Aksiya zamanı ümumi tutumu 4162 litr olan plastik butulka yığılıb. Bunu Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O, qeyd edib ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.
“Bildiyiniz kimi yay mövsümündə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk”.
S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya 2 iyul tarixində Gəncədə keçiriləcək. Bu barədə elan Nazirliyin saytında və sosial şəbəkələrində öncədən paylaşılacaq. Növbəti günlərdə aksiya həmçinin digər regionlarımızda da davam etdiriləcək.