Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
27 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə ongünlük normanın 70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 100 m3/s və ongünlük normanın 25 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 138 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 1, Salyanda 7, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyəsində 4 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 305 sm (2013-cü il iyunun 27-də 428 sm), Şirvanda 158 sm (2013-cü il iyunun 27-də 307 sm), Salyanda 84 sm (2013-cü il iyunun 27-də 226 sm), Bankədə 200 sm (2013-cü il iyunun 27-də 305 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2013-cü il iyunun 27-də 150 sm) təşkil edir.