Xəbərlər


17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü

17 İyun 2022, 12:00

17 iyunda qeyd olunan “Ümumdünya quraqlıq və səhralaşma ilə mübarizə günü” 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuşdur. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında qəbul olunmuş Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunmuşdur.

Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji problemdir. Bu il bu gün ilə əlaqədar geniş miqyasda tədbirlər İspaniyanın Madrid şəhərində keçiriləcək.

2022-ci ilin mövzusu “Quraqlığa ümumi vasitələrlə qalib gəlmək”dir.