Qanunsuz balıq ovlayanlar cəzalandırılıb
16 İyun 2022, 14:15
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində balıq ovlayan şəxslər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, araşdırma zamanı qanun pozucularının Masallı rayon sakinləri İmanverdi Orucov və Mirzə Yaqubov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Nazirliyin rəsmisi sənaye balıq ovu ilə məşğul olan bütün tərəfləri mövcud qanunvericiliyə riayət etməyə, ölkədə balıq ehtiyatlarının artırılması və inkişafına töhfə verməyə çağırıb.