
5 iyun - Ümumdünya Ətraf Mühit Günüdür
05 İyun 2022, 10:02
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verilib və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanılıb.
Bu il Ümumdünya Ətraf Mühit Günü "Yeganə planet" şüarı altında keçirilir.