Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
23 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan MR çaylarında isə
ongünlük normanın 70 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 190 m3/s və ongünlük normanın 47 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 59 m3/s olmaqla, ongünlük normanın 36 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 148 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra, Araz çayının Novruzlu məntəqəsində 2, Şirvanda 5, Bankədə 4 sm azalma qeydə alınıb. Salyanda isə suyun səviyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm (2013-cü il iyunun 23-də 445 sm), Şirvanda 164 sm (2013-cü il iyunun 23-də 282 sm), Salyanda 100 sm (2013-cü il iyunun 23-də 184 sm), Bankədə 221 sm (2013-cü il iyunun 23-də 219 sm), Araz çayının Novruzlu məntəqəsində isə 52 sm (2013-cü il iyunun 23-də 75 sm) təşkil edir.