Milli Aviasiya Akademiyasının tələbə və müəllimləri ilə görüş olub
15 May 2022, 13:50
Milli Aviasiya Akademiyasının tələbə və müəllim heyəti ilə Milli Hidrometeorologiya Xidmətinin Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzində görüş keçirilib.
Milli Hidrometeorologiya Xidmətinin nümayəndələri və Akademiyanın Hidrometeorologiya ixtisası üzrə təhsil alan tələbələri və müəllimlərinin iştirakı ilə keçirilən görüşdə iştirakçılara meteoroloji meydançadakı cihazlar və onlar vasitəsilə müşahidələrin aparılması qaydası barədə ətraflı məlumatlar verilib.