Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
20 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-90, Kiçik Qafqazın çaylarında 60, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 32 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 228 m3/s və ongünlük normanın 39 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 63 m3/s olmaqla, ongünlük normanın 37 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 141 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda və Salyanda 5 sm azalma, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2013-cü il iyunun 20-də 355 sm), Şirvanda 173 sm (2013-cü il iyunun 20-də 219 sm), Salyanda 110 sm (2013-cü il iyunun 20-də 182 sm), Bankədə 206 sm (2013-cü il iyunun 20-də 223 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2013-cü il iyunun 20-də 100 sm) təşkil edir.