Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov iyul ayının 1-də Qusar şəhərində vətəndaşların qəbulunu keçirəcək

20 İyun 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 01 iyul 2014-cü il tarixində saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Qusar Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Qusar şəhəri, Heydər Əliyev prospekti - 153, əlaqə telefonları: 050 335 00 11; 051 453 90 96; 023 38 528 91 ) xahiş olunur.