Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib
18 İyun 2014, 00:00
14 iyun 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.
Reyd zamanı Qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə
narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub.
Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.