Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
17 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-80, Kiçik Qafqazın çaylarında 60-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə ongünlük normanın 50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 255 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 215 m3/s və ongünlük normanın 36 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 72 m3/s olmaqla, ongünlük normanın 43 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici iki dəfə çox olmaqla 156 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma, Salyanda və Bankədə isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 330 sm (2013-cü il iyunun 17-də 379 sm), Şirvanda 189 sm (2013-cü il iyunun 17-də 255 sm), Salyanda 120 sm (2013-cü il iyunun 17-də 207 sm), Bankədə 201 sm (2013-cü il iyunun 17-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 53 sm (2013-cü il iyunun 17-də 109 sm) təşkil edir.