Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov iyun ayının 27-də Şəki şəhərində vətəndaşların qəbulunu keçirəcək

17 İyun 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 27 iyun 2014-cü il tarixində saat 10:00-da Şəki şəhərində yerləşən Şəki Olimpiya Mərkəzində (ünvan: Şəki şəhəri, Salman Mümtaz küşəsi-1 ) Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Şəki şəhəri Salman Mümtaz küçəsi - 23, əlaqə telefonları: 055 200 22 40; 050 280 48 48; 024 244 22 60 ) xahiş olunur.