Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
09 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə yağan yağışlar nəticəsində respublikanın əsasən Quba-Xaçmaz bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Belə ki, bu ərazidən axan çaylarda suyun səviyyəsində 1-18 sm intervalında artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə ongünlük normanın 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 09-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 315 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 175 m3/s və ongünlük normanın 29 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 155 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 203 m3/s təşkil edərək ongünlük normanın 104 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 09-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Şirvanda 18, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 30 sm artım qeydə alınıb. Salyanda isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 363 sm (2013-cü il iyunun 09-da 425 sm), Şirvanda 209 sm (2013-cü il iyunun 09-da 297 sm), Salyanda 123 sm (2013-cü il iyunun 09-da 270 sm), Bankədə 201 sm (2013-cü il iyunun 09-da 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 97 sm (2013-cü il iyunun 09-da 175 sm) təşkil edir.