Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
06 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə ongünlük normanın 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 436 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm iki dəfə az olmaqla 193 m3/s və ongünlük normanın 32 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 202 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər az olmaqla 152 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 3, Salyanda 7, Bankədə 4 sm azalma, lakin Surrada 26, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 350 sm (2013-cü il iyunun 06-da 452 sm), Şirvanda 176 sm (2013-cü il iyunun 06-da 370 sm), Salyanda 103 sm (2013-cü il iyunun 06-da 351 sm), Bankədə 201 sm (2013-cü il iyunun 06-da 263 sm), Araz çayının Novruzlu məntəqəsində isə 65 sm (2013-cü il iyunun 06-da 260 sm) təşkil edir.