Xəbərlər


Dekabrın 16-da oduncağın tədarük olunduğu ərazilər

17 Dekabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 16 dekabr 2021-ci il tarixində ümumilikdə 353 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Saatlı rayonu üzrə 13 m3, Balakəndə 6 m3, Şamaxıda 60 m3, Lənkəranda 25 m3, Göygöldə 40 m3, Şabranda 120 m3, Xaçmazda 30 m3, Ağdamda 4 m3, Oğuzda 55 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.