Xəbərlər


Dekabrın 1-də oduncağın tədarük olunduğu ərazilər

02 Dekabr 2021, 12:00

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 1 dekabrr 2021-ci il tarixində ümumilikdə 100 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Şabran rayonu üzrə 40 m3, Lənkəranda 15 m3, Lerikdə 9 m3, Zaqatalada 36 m3 həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.