Xəbərlər


“from Start to Smart” layihəsinin qalibləri mükafatlandırılıb

08 Dekabr 2021, 17:40

“from Start to Smart” layihəsinin qaliblərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Milli Məclisinin deputatı Şahin Seyidzadə, “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin meneceri Talifa İsgəndərli iştirak edib.

Tədbirdə nazir müavini F.Əliyev və Milli Məclisinin deputatı Ş.Seyidzadə çıxış edərək, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının, regionlarda su problemlərinə innovativ həll yollarının tapılmasının vacibliyini vurğulayıb və bu problemlərin həlli istiqamətində belə layihələrin çox böyük rolu olduğunu qeyd ediblər.

Çıxışlardan sonra, “from Start to Smart” layihəsinin 17000 AZN-lik investisiya fondunun qaliblərindən olan Gül Əliyevaya (WaWave), Ceyhun Qasımzadəyə (WaterSavers) və Bəhruz İbrahimova (CaspiNet) mükafatlar təqdim olunub.

Qeyd edək ki, “from Start to Smart” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Mühəndislər Birliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramının maliyyə dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.