Xəbərlər


Qanunsuz ov edən şəxslər cəzalandırılıb

07 Dekabr 2021, 13:15

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mübariz Xanmirzəyev, Elman Nuriyev, Xaçmaz rayon sakini Azad Muradov, Lənkəran rayon sakinləri Farid Məmiyev, Bayram Babaşov və Mingəçevir şəhər sakini Eşqin Hüseynov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar ümumilikdə 4200 manat məbləğində cərimələnib”.

Xidmət rəsmisinin sözlərinə görə Ucar rayonunda isə qanunsuz ov edən rayon sakini Əlvan Cəfərov saxlanılıb. Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.