ELAN
29 May 2014, 00:00
Milli Parkların yüksək dağlıq ərazilərində bələdçilik xidməti göstərmək istəyən şəxslərin akkreditasiyadan keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 29 may 2014-cü il tarixli 112/Ü nömrəli Əmri ilə Akkreditasiya Komissiyası yaradılmışdır.
Milli Parkların yüksək dağlıq ərazilərində bələdçi olaraq akkreditasiyadan keçmək istəyən şəxslər 02 iyun 2014 tarixində saat 15-00-da Komissiya tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər. Tələb olunan sənədlər: Departament direktorunun adına ərizə və 3x4 ölçülü 2 ədəd fotoşəkil.