Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
02 İyun 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində yağan qısamüddətli yağışlar nəticəsində respublikanın əsasən Quba-Xaçmaz bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120,
Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 02-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 310 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 250 m3/s və ongünlük normanın 42 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla, ongünlük normanın 48 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 127 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 02-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 8, Bankə 3, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 sm (2013-cü il iyunun 02-də 553 sm), Şirvanda 153 sm (2013-cü il iyunun 02-də 442 sm), Salyanda 80 sm (2013-cü il iyunun 02-də 367 sm), Bankədə 201 sm (2013-cü il iyunun 02-də 277 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2013-cü il iyunun 02-də 298 sm) təşkil edir.