Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

30 May 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublikanın əsasən Böyük və Kiçik Qafqaz bölgəsinin çaylarında sululuğun artımı müşahidə olunub,
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi ərazisindən axan Ağçaydan və eləcə də Kiçik Qafqazın Zəyəmçay-Ağbaşlar məntəqəsindən sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 405 m3/s olmaqla ongünlük normanın 58 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 285 m3/s və ongünlük normanın 41 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 137 m3/s təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Bankə məntəqələrində 1 sm artım, Şirvanda 6, Salyanda 3, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 303 sm (2013-cü il mayın 30-da 482 sm), Şirvanda 139 sm (2013-cü il mayın 30-da 333 sm), Salyanda 73 sm (2013-cü il mayın 30-da 247 sm), Bankədə 197 sm (2013-cü il mayın 30-da 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2013-cü il mayın 30-da 180 sm) təşkil edir.