Xəbərlər


Noyabrın 22-də oduncağın tədarük olunduğu ərazilər

23 Noyabr 2021, 11:30

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin təminatı üçün Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir.

Ölkə üzrə 22 noyabr 2021-ci il tarixində ümumilikdə 297 m3 həcmində oduncaq tədarük olunub.

Belə ki, Qax rayonu üzrə 63 m3, Lənkəranda 40 m3, Daşkəsəndə 30 m3, Zaqatalada 66 m3, Şabranda 27 m3, Oğuzda 21 m3, Masallıda 50 m3, həcmində oduncaq tədarük olunub.

Qeyd edək ki, odun tədarükü ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunacaq.