Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
26 May 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son üç gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın əsasən Böyük və Kiçik Qafqaz, elecə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarında sululuğun artımı müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-105, Kiçik Qafqazın çaylarında 35-65, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə ongünlük normanın 25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 505 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm iki dəfə az olmaqla 200 m3/s və ongünlük normanın 29 faizini təşkil edib.
Son iki gün ərzində yağan yağışlar nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 72 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 195 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər az olmaqla 130 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 1, Salyanda 5, Bankədə 3 sm artım, Surrada 3, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 307 sm (2013-cü il mayın 26-da 438 sm), Şirvanda 143 sm (2013-cü il mayın 26-da 331 sm), Salyanda 78 sm (2013-cü il mayın 26-da 283 sm), Bankədə 195 sm (2013-cü il mayın 26-da 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2013-cü il mayın 26-da 190 sm) təşkil edir.