Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

23 May 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın əsasən Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Belə ki, Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-30, Lənkəran-Astara bölgəsi çaylarında isə 1-5 sm intervalında artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Mayın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 494 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 268 m3/s və ongünlük normanın 39 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla, ongünlük normanın 47 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 137 m3/s təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mayın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Bankədə isə 4 sm azalma müşahidə olunub. Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 295 sm (2013-cü il mayın 23-də 478 sm), Şirvanda 122 sm (2013-cü il mayın 23-də 357 sm), Salyanda 55 sm (2013-cü il mayın 23-də 236 sm), Bankədə 194 sm (2013-cü il mayın 23-də 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2013-cü il mayın 23-də 160 sm) təşkil edir.