Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov may ayının 30-da İsmayıllı şəhərində vətəndaşların qəbulunu keçirəcək

20 May 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 30 may 2014-cü il tarixində saat 10:00-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri Heydər Əliyev prospekti - 57) İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: İsmayıllı şəhəri Heydər Əliyev prospekti-117, əlaqə telefonları: 055 261 49 94; 055 428 53 58; 020 28 5 10 97) xahiş olunur.